Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması tamamilə anlaşılan və məqsədəuyğun olardı.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Kremlin nümayəndəsi bildirib ki, Moskvaya hələlik rəsmi dəvət daxil olmasa da, bu məsələ Qazaxıstanla təmaslar zamanı müzakirə mövzusu ola bilər:
“Rusiyanın Türk Dövlətləri Təşkilatındakı iştirakına gəlincə, bilirsiniz ki, Rusiyada kökən olaraq türk sayılan xalqların yaşadığı bir çox region var”,- deyə Peskov vurğulayıb. O əlavə edib ki, söhbət ayrı-ayrı regionların deyil, bütövlükdə Rusiya Federasiyasının təşkilatın işinə qoşulmasından gedə bilər.
Xatırladaq ki, bundan əvvəl Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rusiyanı TDT-yə dəvət etməyi təklif etmişdi.


























