Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” komandası azarkeşlərin hücumuna məruz qalıb.
Veteninfo.az Bursa təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, hadisə “timsahlar”ın səfərdə “Kocaelispor”a 1:2 hesabı ilə uduzduqları TFF 1-ci liqasının XII tur oyundan əvvəl baş verib.
Fanatlar avtobusu stadiona daxil olarkən təpikləməyə başlayıb. Bundan əlavə, tərəfdarlar avtobusa butulkalar da atıblar.
Qeyd edək ki, “Bursasspor”un yeganə qolunu 60-cı dəqiqədə penaltidən Namik Ələskərov vurub.