image-image_750x_64663027bace2backend

NATO Rusiyaya qarşı müharibəyə başlayır

image-reklam_sirab_01

“Reuters” xəbər verir ki, Şimali Atlantika Alyansının üzvləri Rusiya ilə münaqişə yaranacağı təqdirdə genişmiqyaslı müdafiə planı hazırlayır.

Agentlik alyans rəsmilərinə istinadən bildirib ki, NATO liderlərinin iyulda keçiriləcək sammitdə minlərlə səhifəlik gizli hərbi planları təsdiqləyəcəklər. Bu planlar alyansın Soyuq Müharibədən sonra ilk dəfə Rusiya ilə münaqişəyə necə cavab verəcəyini təfərrüatlandıracaq.

Qəzetin yazdığına görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib: “Müttəfiqlər hansı qüvvə və vasitələrin lazım olduğunu, o cümlədən onları harada, nə və necə yerləşdirməyi dəqiq biləcəklər”.

Qeyd olunur ki, çox məxfi sənədlərlə soyuq müharibə dövründə olduğu kimi, müəyyən bölgələrin müdafiəsi üçün müəyyən qoşunlar ayrılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki