image-8backend

“Neftçi”nin futbolçusu qışda Yunanıstan klubuna qayıda bilər

image-reklam_sirab_01

“Neftçi” klubunda icarə əsasında çıxış edən futbolçu Mamadu Kane müqavilə ilə məxsus olduğu Yunanıstan “Olimpiakos”una qışda qayıda bilər.

Veteninfo.az “Sportime” nəşrinə istinadən xəbər verir ki, Afina təmsilçisinin rəhbərliyi 24 yaşlı yarımmüdafiəçini yaxından izləyir və onun oyunundan razıdır.

Ölkə çempionu qvineyalı oyunçu üçün mövsümün sonunu gözləmək niyyətində deyil.

Lakin Yunanıstan klubu afrikalı yarımmüdafiəçini heyətə cəlb etməkdən ötrü digər əcnəbi futbolçulardan biri ilə vidalaşmalıdır.

Qeyd edək ki, Mamadu Kane yay transfer dönəmində “Olimpiakos”la 4 illik müqavilə imzalayıb. O, 2019-cu ilin yanvarından “Neftçi”də çıxış edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki