image-8c3b4372-1019-3195-8299-6a701303b1ae_850backend

“Neftçi”nin legioneri özəl təyyarə ilə Qvineyanı tərk edir

image-reklam_sirab_01

Yunanıstanın “Olimpiakos”, İngiltərənin “Liverpul” və Fransanın “Tuluza” klubları Qvineyadakı çevrilişdən sonra futbolçularını Avropaya qaytarmaq üçün birlikdə çalışır.

Veteninfo.az “Airnews.gr” saytına istinadən xəbər verir ki, “Olimpiakos” və “Liverpul” oyunçuların sağ-salamat ölkədən çıxması üçün özəl təyyarə kirayələyib.

Qeyd edək ki, müqavilə ilə Atina klubuna məxsus olan və icarə əsasında “Neftçi”də oynayan Mamadu Kane də hərbi çeviriləşə görə Qvineyanı tərk edə bilməyib. 24 yaşlı yarımmüdafiəçi Mərakeş yığması ilə DÇ-2022-nin seçmə oyununa görə Afrikaya yollanıb. Sentyabrın 6-da keçirilməli olan Qvineya – Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb. Bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki