image-12backend

“Neftçi” “Sumqayıt”da xal itirdi

image-reklam_sirab_01
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Qaynarinfo-nun məlumatına görə, “Kapital Bank Arena”da “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Hər iki qol ikinci hissədə vurulub. 50-ci dəqiqədə meydan sahiblərindən Murad Xaçayev əks-hücum zamanı uzun reyd edərək, topu rəqib qapısından keçirib. Bundan cəmi 4 dəqiqə sonra qonaqların belçikalı yarımmüdafiəçisi Sabir Buqrin uzaqdan baxımlı qola imza atıb.
77-ci dəqiqədə isə “Sumqayıt”ın və Azərbaycan millisinin zədəsini yenicə bərpa olunmuş hücumçusu Əli Qurbani ikili mübarizə zamanı dizindən xəsarət alaraq, əvəzlənməli olub.
Bu nəticədən sonra “Neftçi” 14 xalla 2-ci, “Sumqayıt” 8 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyun günündə “Keşlə” evdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib, “Qəbələ” – “Zirə” matçı isə heç-heçə ilə yekunlaşıb – 1:1. Tura bu gün saat 18:45-də başlanacaq “Sabah” – “Qarabağ” qarşılaşması ilə yekun vurulacaq.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki