Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun son iki oyunu üçün hakim təyinatları açıqlanıb.
Veteninfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, “Sumqayıt” – “Neftçi” matçı FIFA referisi Elçin Məsiyevə, “Sabah” – “Qarabağ” görüşü isə Kamal Umudluya həvalə olunub.
17 oktyabr (bazar)
16:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”.
18:45. “Sabah” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”.