Nərimanovda Tibb işçilərinin peşə bayramı qeyd olunub.
Vətəninfo.az xəbər verir ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov Rayon Təşkilatının sədri, bələdiyyə sədri, RİHB-nın müavinləri və tibb işçiləri iştirak ediblər.
Toplantıda tibb işçilərinə uğur və müvəffəqiyyətlər arzu edilib, tibb elminin önəmindən söz açılıb.
Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində səhiyyə sistemimizin müasirləşdiyi, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndiyi, tibbi xidmətlərinin səviyyəsinin yüksəldiyi vurğulanıb. Vətən müharibəsi və COVİD-19 pandemiyası dövründə tibb işçilərinin fədakarlığı xüsusi qeyd edilib.
Tədbir bədii proqramla davam edib.
Fotoları təqdim edirik