image-img-20240601-wa0025backend

Nəsimi rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib – FOTOLAR 

image-reklam_sirab_01

Əlilliyi olan insanlara Ümummilli lider Heydər Əliyevin vaxtilə göstərdiyi  diqqət və qayğı 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək” deyən dövlət başçısının bu sözləri isə əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır. Dövlət tərəfindən bu qəbilədən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bu insanların müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşır. Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri  olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı göz qabağındadır.
Hər il olduğu kimi bu ildə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi  günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti  tərəfindən  rayon ərazisində yerləşən “KOALA” Uşaq və Əyləncə Mərkəzidə xüsusi qayğıya ehtiyacı olan    uşaqlar üçün  tədbir keçirilmişdir.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Nəsimi rayonunda yaşayan və 268 nömrəli Xüsusi məktəbdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan  uşaqlar iştirak ediblər.
Tədbirdə iştirak edən xüsusi qayğıya ehtiyacı olan uşaqlara və 268 saylı Xüsusi məktəbdə təhsil  alan  şagirdlərə  nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişdirlər.
Eyni zamanda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Nəsimi rayonunda yerləşən ümumtəhsil orta məktəblərində və məktəbəqədər uşaq müəssislələrində silsilə tədbirlər də keçirilib. Tədbirlərdə aztəminatlı ailələrin uşaqların, şəhid və qazi övladları və digər uşaqlar da iştirak ediblər.
Tədbirlərdə uşaqlar rəngarəng musiqi və rəqs nömrələri ilə iştirak ediblər. Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları uşaqlara öz təbriklərini çatdırmış və qeyd etmişdirlər ki, gələcəyimiz olan uşaqlara hər zaman dövlət tərəfindən diqqət və qayğı var, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün uşaqlara, eləcə də şəhidlərimizin yadigarlarına və qazi uşaqlarına olan münasibətləri hamımız üçün örnəkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki