image-img-20240702-wa0039backend

Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirildi

image-reklam_sirab_01

Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində böyük vətənpərvərliklə əhəmiyyətli rol oynayıb. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər tarixə ən mühüm mərhələ kimi həkk olub.
2 iyul – Polis Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon Polis İdarəsinin şəxsi heyəti Ulu Öndərin abidəsini ziyarət ediblər. Abidənin önünə çiçək dəstələri düzüblər.
Bu münasibətlə Nəsimi rayonunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon Polis İdarəsinin rəisi, Polis Polkovniki Vüqar Ağayev tədbir iştirakçılarını 2 iyul – Azərbaycan Polisi günü münasibətilə təbrik edərək polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzuladı və müstəqillik illərində Azərbaycan Polisinin o cümlədən, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının fəaliyyəti barədə geniş məlumat verdi.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışında tədbir iştirakçılarını Azərbaycan Polisi günü münasibətilə təbrik edərək Azərbaycan Polisinin keçdiyi şanlı tarixi yoldan geniş söhbət açdı.
Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin inkişafı yeni mərhələyə qədəm qoydu, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb.
RİH başçısı çıxışına davam edərək bildirdi ki, Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.
Birinci Qarabağ müharibəsində olduğu kimi,Vətən müharibəsində də polis əməkdaşları fədakarlıq göstərib, Vətəni müdafiə edib.
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyəti  doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər.
Eyni zamanda ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.
Daha sonra çıxış edənlər- rayon prokuroru  Həsən Hənifəyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi  Rayon İdarəsinin rəisi Pərvin Əsədov, Rayon Məhkəməsinin sədri İlqar Qaralov, Rayon Mühafizə İdarəsinin rəisi Nazim Həsənov polis orqanları əməkdaşlarının ictimai asayişin qorunması, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin müdafiəsi istiqamətində çox vacib funksiyaları müvəffəqiyyətlə yerinə yetirdiyini və bu istiqamətdə fəaliyyətini genişləndirdiyini bildirdilər.
Tədbirin sonunda bir qrup polis əməkdaşlarına rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olundu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki