“Bu rəqiblə əvəllər görüşməmişəm. İlk dəfə qarşılaşırdıq. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Məşqçilərimə, mənə dəstək olan insanlara təşəkkürümü bildirirəm. Çox sevinirəm. Qələbəmi şəhidlərimizə həsr edirəm”.
Veteninfo.az Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu I MDB Oyunlarının qalibi olan Azərbaycan samboçusu Nicat Məmmədli deyib.
58 kq-da qızıl medal qazanan idmançı yarışdakı çıxışını dəyərləndirib: “İlk görüşdə əvvəllər məğlub etdiyim idmançıya qalib gəldim. Növbəti qələbə isə məni finala çıxardı. Final görüşü çətin olsa da, qızıl medal qazandım. Bayrağımızı ucaltdığım üçün sevinirəm”.