image-624d20c6731a0624d20c6731a11649221830624d20c67319c624d20c67319ebackend

Niderland millisinin yeni baş məşqçisi bəlli olub

image-reklam_sirab_01

Niderland millisinin Lui van Qaldan sonrakı baş məşqçisi müəyyənləşib.

Veteninfo.az saytının məlumatına görə, Ronald Kuman yenidən komandanın sükanı arxasına gətiriləcək.

Kuman yığmaya qayıtmaq üçün Niderland Kral Futbol Assosiasiyası ilə razılığa gəlib. O, DÇ-2022-dən sonra, yəni 2023-cü il yanvarın 1-dən millidəki fəaliyyətinə başlayacaq. Çünki Lui van Qalın sözləşməsi həmin tarixə qədərdir və o, xərçəng xəstəliyinə tutulduğu üçün yeni müqavilə imzalamayacaq.

Qeyd edək ki, Ronald Kuman 2018-2020-ci illərdə Niderland millisinin çalışdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki