Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhid ailələri və qazilərlə görüşüb, şəhid və qazi övladlarını 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Şəhid ailələri və qazilər onların övladlarına göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə uşaqlar üçün əyləncəli proqram təşkil olunub, sonda uşaqlara Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.