image-save_20240920_110556backend

Nizami rayonunda “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

image-reklam_sirab_01

Nizami Rayon İcra Hakimiyyəti və Heydər Əliyev adına Neft Emalı Zavodunun birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Neft Emalı Zavodu ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Heydər Əliyev adına Neft Emalı Zavodunun Həmkarlar İttifaqının sədri İlham Quliyev, “SOCAR Downstream Management” MMC-nin Baş direktorunun layihələr üzrə müavini Orxan Cəfərov, Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalat üzrə meneceri Təyyar Qasımov çıxış ediblər.
Qeyd olunub ki, 1993-cü ildə dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında köklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən Ümummilli Lider ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Azərbaycan iqtisadiyyatının özəyini təşkil edən neft sənayesinin inkişafı üçün yeni strategiyanın hazırlanması və bu məqsədlə dünyanın aparıcı neft şirkətləri ilə əlaqələrin qurulması həmin dövrün taleyüklü məsələlərindən ən əsası idi
1994-cü il 20 sentyabr tarixində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı. Bu gün xalqımız həmin şanlı tarixin- “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümünü qeyd edir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə Azərbaycan neft sənayesinin dönüş nöqtəsi və yenicə müstəqillik əldə etmiş ölkəmizdə neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab edilir.
‎“Əsrin müqaviləsi” müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətimizin iqtisadi-siyasi və hərbi gücünün artırılmasında, iqtisadiyyatın çoxşaxəli inkişafında, vətəndaşların sosial-rifah halının durmadan yaxşılaşdırılmasında müstəsna əhəmiyyət daşıyır.
Xüsusilə vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti ilə çox uğurla davam etdirilir.
Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə dünyanın müasir enerji mərkəzlərindən birinə çevrilib, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image