image-61backend

“Nyukasl” klubunun yeni baş məşqçisi bəlli olub

image-reklam_sirab_01

İngiltərənin “Nyukasl” klubunun yeni baş məşqçisi bəlli olub.

Veteninfo.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano şəxsi tvitter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Premyer Liqa təmsilçisi bu vəzifəyə Eddi Haunu təyin edib. Hazırda münasibətlərin rəsmiləşdirilməsi istiqamətində müvafiq sənədlər hazırlanır.

44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Anlaşmanın maliyyə detalları açıqlanmayıb.

Qeyd edək ki, “Nyukasl” rəhbərliyi oktyabrın 20-da komandanın sabiq baş məşqçisi Stiv Brüsü istefaya göndərib. Hazırda komanda 4 xalla turnir cədvəlində 19-cu pilləni tutur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki