Kiprin “Omoniya” klubu Bakıda “Qarabağ”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur matçında daha bir oyunçusunun xidmətindən yararlana bilməyəcək.
Veteninfo.az “Balla” nəşrinə istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin əsas qapıçısı Fabiano görüşdə iştirak etməyəcək.
IV turda İsveçrə “Bazel”i ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda zədələnən 33 yaşlı qolkiper artıq ili başa vurub.
Qeyd edək ki, noyabrın 25-də keçiriləcək “Qarabağ” – “Omoniya” görüşü saat 21:45-də başlayacaq. Daha əvvəl Yannis Kusulosun qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.
Xatırladaq ki, Ağdam təmsilçisi IV turda Qazaxıstanda “Kayrat”a 2:1 hesabı ilə qalib gəlməklə pley-offa vəsiqəni təmin edib.