Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü ilə bağlı açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, Overçuk Şərq İqtisadi Forumunda (ŞİF) jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Ermənistanın Aİ-yə qoşulması məsələsi yalnız İrəvanın qərarından asılıdır və bu məsələ Moskva ilə əlaqələndirilmir.
Rusiya rəsmisi Ermənistanın Aİ-yə üzvlüyünün Moskva ilə müzakirə edilib-edilmədiyi barədə suala “Xeyr” cavabını verib.
“Ermənistanın Aİ-yə üzvlüyü məsələsi Ermənistanın öz işidir. Onlar nə qərar verirlərsə, o da olacaq. Bu, onların suveren hüququdur”, – deyə Overçuk vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın bu istiqamətdə qəbul edəcəyi qərar ölkənin öz siyasi seçimidir.


























