image-10backend

Özildən Afrikadakı uşaqlara tibbi yardım

image-reklam_sirab_01
Futolçu olmaqdan əlavə xeyriyyəçiliyi ilə də tanınan “Fənərbağça”nın ulduzu Mesut Özil bu ənənəsini davam edirməkdədir.
Veteninfo.az  xəbər verir ki, Almaniya millisinin sabiq üzvü Afrikadakı yoxsul uşaqlara tibbi avadanlıqlar və həkimlə təmin edib. O, bu haqda sosial şəbəkədəki səhifəsində paylaşım edib. Məşhur futbolçu yoxsul uşaqların sğalmlıqla bağlı ehtiyaclarını “Bigshoe” adlı yardım təşkilatı ilə şərikli olaraq qarşıladıqlarını bildirib. O, Afrika qitəsinin cənub-şərqində və Malavinin Chitipa şəhərində uşaqların tibbi avadanlıqla və həkimlə təmin olunduğunu açıqlayıb.

Koronavirus səbəbindən uzun müddət təxirə salınan yardımların yenidən bərpa olunduğunu bildirən Özil paylaşımında “Qitədəki komandamız bir neçə uşağın daha əməliyyat ehtiyacını qarşıladı” sözlərini yazıb.
Afrikada tez-tez belə yardımlar həyata keçirən Özil öz adını daşıyan buts maketinin fotolarını da sosial mediada paylaşıb.
Səbuhi Həsənov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki