image-image_750x_645bf1ffc338bbackend

Pakistanda siyasi böhran: Ordu paytaxta yeridildi

image-reklam_sirab_01

Davam edən iğtişaşlar səbəbindən milli silahlı qüvvələrin bəzi bölmələri Pakistanın paytaxtı İslamabada daxil olub. Vətəninfo.az xəbər verir ki, Pakistan ordusu və polis qüvvələri ictimai asayişin bərpası üçün birgə səylər göstərir. Eyni zamanda, yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, etirazçılar polis idarəsini və bir neçə avtomobili yandırıb, fərq qoymadan atəş açıblar.

Pakistanda ölkənin keçmiş baş naziri İmran Xanın korrupsiya ittihamı ilə həbsindən sonra iğtişaşlar başlayıb. Siyasətçi bu ittihamları rədd edərək, onları yalan adlandırıb və tərəfdarlarını “gəlib haqları uğrunda mübarizə aparmağa” çağırıb. Pakistanın bir sıra şəhərində yüzlərlə insan küçələrə çıxıb, burada etiraz aksiyaları başlayıb və bu, hüquq-mühafizə orqanları ilə toqquşmaya çevrilib.

Pakistanda müxtəlif internet xidmətlərinə giriş məhdudlaşdırılıb və bütün telekommunikasiya şirkətlərinə ölkənin bütün böyük şəhərlərində xidmətlərini dayandırmaq əmri verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki