Ermənistanın Baş naziri Nikol Paşinyan Ağrı dağının ölkənin dövlət gerbində saxlanıla biləcəyini istisna etməyib.
Vətəninfo.az xəbər verir ki, Paşinyan bu barədə keçirdiyi brifinqdə Ermənistanın milli gerbində Ararat dağının təsviri ilə bağlı suala cavab verərkən danışıb.
Baş nazir bildirib ki, hakimiyyətin hazırda dövlət rəmzlərinin dəyişdirilməsi ilə bağlı konkret təklifləri yoxdur. Onun sözlərinə görə, yeni Konstitusiya layihəsində dövlət rəmzlərinin müəyyənləşdirilməsinin referendum yolu ilə qəbul edilən qanun əsasında həyata keçirilməsi nəzərdə tutulur.
“Vətəndaşlar hansı bayrağı, hansı gerbi və hansı himni özlərinə aid hesab etdiklərinə qərar verməlidirlər”, – deyə Paşinyan bildirib.
O vurğulayıb ki, əgər vətəndaşlar mövcud dövlət rəmmlərinin saxlanılmasını dəstəkləsələr, heç bir dəyişiklik edilməyəcək.
Beləliklə, Paşinyanın açıqlamasından aydın olur ki, Ararat dağının Ermənistanın gerbindən çıxarılması ilə bağlı hələlik qəti qərar yoxdur. Dağın dövlət gerbində qalması məsələsi gələcəkdə ictimai müzakirə və referendum prosesindən asılı ola bilər.


























