image-reklam-veteninfo
image-1backend

Partlayış olan kəndin sakini: “Gecə təxliyə olunduq, ziyan çəkmədik”

image-reklam-veteninfo

“Yatmışdıq, gördük ki, bərk səs gəldi. Elə bildim ildırım düşdü. Çıxıb baxdım ki, yox, sursat anbarında yanğındır”.

Vətəninfo.az  xəbər verir ki, bunu AZƏRTAC-a Goranboy rayonunun Nizami kəndi yaxınlığında sursat anbarında baş verən yanğınla müşayiət olunan partlayış barədə danışan sakin Namizəd Əsgərov bildirib.

“Yanğınla bərabər partlayış da getdikcə güclənirdi. Gördük ki, icra hakimiyyətinin nümayəndələri, polis və aidiyyəti qurumların əməkdaşları kənddədirlər. Bildirildi ki, təhlükəsizlik məqsədilə sakinlər təxliyə olunacaqlar. Biz də gecə kənddən çıxdıq. Allaha şükür ki, hər şey yaxşıdır, heç bir ziyan çəkmədik”, – deyə o əlavə edib.

Qeyd edək ki, gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki