image-reklam-veteninfo
image-1backend

Paşinyandan Moskva ilə sərhəd mesajı: Ermənistan Türkiyə və İranla sərhədlərində yeni mərhələyə keçir

image-reklam-veteninfo

Ermənistan Rusiya sərhədçilərinin nəzarətində olan sərhəd məntəqələrini mərhələli şəkildə öz sərhəd xidmətinin idarəçiliyinə keçirməyə hazırlaşır.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin dövlət sərhədləri üzərində tam nəzarətin mərhələli şəkildə Ermənistan Respublikasının Sərhəd Xidmətinə verilməsinin nəzərdə tutulduğunu açıqlayıb.

Vətəninfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə parlamentin daimi komitələrinin birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı danışıb.

Baş nazir bildirib ki, sərhədlərə tam nəzarətin milli strukturlara verilməsi müəyyən islahatların həyata keçirilməsini tələb edir.

Qeyd edək ki, Ermənistan artıq Rusiya sərhədçilərinin xidmət apardığı bir sıra strateji məntəqələrdə nəzarəti öz üzərinə götürüb. Bunlara İrəvandakı “Zvartnots” Beynəlxalq Hava Limanı, İranla sərhəddə yerləşən “Aqarak”, Türkiyə ilə sərhəddəki “Marqara” və “Axurik” nəzarət-buraxılış məntəqələri daxildir.

Bununla belə, İran və Türkiyə istiqamətlərində Rusiya sərhədçilərinin Ermənistan sərhədçiləri ilə tam əvəzlənməsi birdəfəlik deyil, mərhələli şəkildə həyata keçirilir.

Prosesin sürəti Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının kadr potensialının, texniki imkanlarının və institusional hazırlığının artırılması ilə birbaşa əlaqələndirilir.

Beləliklə, İrəvanın yeni yanaşması Ermənistanın dövlət sərhədlərinin mühafizəsində milli strukturların rolunu artırmağa və Rusiyanın uzun illər davam edən sərhəd təhlükəsizliyi iştirakını tədricən azaltmağa yönəlib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki