image-47e32dea-cfca-3ac6-b74d-b3d4783c53d0_850backend

Portuqaliya çempionatının oyununda azarkeş futbolçunu vurub

image-reklam_sirab_01

Portuqaliya Primeyrasında “Vitoriya” və “Portu” komandaları arasında keçirilmiş XXIX tur matçında insident baş verib.

Veteninfo.az-ın məlumatına görə, meydan sahiblərinin azarkeşi ikinci hissədə meydana daxil olaraq, “Vitoriya”nın kapitanı Roşinyanı təpiklə vurub.
image-0bb85c70-7743-3825-97d8-5e892e44932b
Daha sonra o, komandanın daha bir futbolçusu Jeni Katamuya zərbə endirməyə cəhd edib. Lakin Katamu bundan vaxtında xəbər tutub.

Stadion mühafizəçiləri meydana girərək, azarkeşi çölə çıxarıb.

Qeyd edək ki, qarşılaşma “Portu”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda yerli çempionatda məğlubiyyətsiz oyunlar seriyasını 57-yə çatdırmaqla yeni rekorda imza atıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki