image-2backend

Premyer Liqadakı I Divizion futbolçuları: Onların cəmi 5-i faydalı çıxıb

image-reklam_sirab_01

Azərbaycan Premyer Liqasındada çıxış edən klubların heyətində hazırda I Diviziondan gəlmiş cəmi 5 futbolçu var.

“Report”un araşdırmasına görə, onlardan 1-i “Qarabağ”ın, hərəyə 2-si “Zirə” və “Səbail”in formasını geyinir.

Bunlar Ağdam klubunun 2018-ci ildə MOİK-dən transfer etdiyi İsmayıl İbrahimli, “qartallar”ın cari mövsüm “Zaqatala”dan və “Kəpəz”dən aldığı Rüstəm Nuriyevlə Samir Qurbanov və “Səbail”in “Turan Tovuz” və “Qaradağ Lökbatan”dan heyətinə qatdığı Elmir Tağıyevlə Nail Alışovdur.

Elita təmsilçilərinin əvəzedici komandalardan götürdüyü oyunçu sayı isə 38-dir. İkinci komandadan gəlmiş futbolçu sayı “Neftçi” və “Keşlə”də üstünlük təşkil edir.

Göründüyü kimi, əvəzedicilərin çempionatında çıxış edən “köklü” komandaların futbolçuları hətta ikinci komandalarının səviyyəsindən də aşağıdır. Bunu klubların öz yetirmələrinə daha çox üstünlük vermələri də göstərir.

Qeyd edək ki, statistika 2018/2019 mövsümündən – I Divizionla əvəzedicilərin çempionatının birləşdirilməsindən sonrakı dövrü əhatə edir.

“Neftçi”
I Divizion: yoxdur
Əvəzedicilər: Kamran İbrahimov, Ömər Buludov, Vüsal Əsgərov, Asim Əlizadə, Fərid Yusifli, İsmayıl Zülfüqarlı

“Qarabağ”
I Divizion: İsmayıl İbrahimli (MOİK)
Əvəzedicilər: Amin Ramazanov, Musa Qurbanlı

“Sumqayıt”
I Divizion: Yoxdur
Əvəzedicilər: Aydın Bayramov, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə

“Zirə”
I Divizion: Rüstəm Nuriyev (“Zaqatala”), Samir Qurbanov (“Kəpəz”)
Əvəzedicilər: Mahmud Ağayev, Cəlal Hüseynov, Tamerlan Bürcəliyev, Ayxan Süleymanlı, Ramin Əhmədov

“Sabah”
I Divizion: Yoxdur
Əvəzedicilər: Rustam Samiqullin, Şakir Seyidov, Arsen Ağcabəyov, Veysəl Rzayev, İdris İnqilablı

“Keşlə”
I Divizion: Yoxdur
Əvəzedicilər: Şirin Şirinov, Əkbər Vəliyev, Elçin Mustafayev, Pərviz Azadov, Samir Abdullayev, Turan Vəlizadə

“Qəbələ”
I Divizion: Yoxdur
Əvəzedicilər: Elməddin Sultanov, Gülağa Əsəsdov, Rauf Rüstəmli, Emil Səfərov, Mehrac Baxşalı

“Səbail”
I Divizion: Elmir Tağıyev (“Turan Tovuz”), Nail Alışov (“Qaradağ-Lökbatan”)
Əvəzedicilər: Şahin Zəkiyev, Elton Əlibəyli, Şamil Cəfərov, Orxan Fərəcov, Ədilxan Qarəhmədov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki