image-image_750x_6470e3f313e4abackend

Putin:Gürcüstanla bağlı qərar, mənim şəxsi qərarımdır

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin Gürcüstanla hava əlaqəsinin açılmasının onun şəxsi təklifi və qərarı olduğunu bəyan edib.

Vətəninfo.az xəbər verir ki,onun sözlərinə görə, Moskva Gürcüstana doğru addımlar atır və gələcəkdə də atacaq.

Putin Gürcüstanda viza rejiminin ləğvindən və hava hərəkətinin bərpasından sonra qaldırılan “hay-küy”ü tamamilə təəccüblü və “tam cəfəngiyyat” adlandırıb.

Məlumdur ki, 4 illik fasilədən sonra Moskva və Tbilisi mayın 19-dan birbaşa uçuşları bərpa ediblər.

Qərar Gürcüstanda böyük səs-küyə səbəb oldu. müxalifət mütəmadi olaraq etiraz aksiyaları keçirir.

Gürcüstan prezidenti Salome Zurabişvili və bəzi müxalifət dairələri də qərarın əleyhinədir, ölkənin baş naziri, parlamentin spikeri və Tbilisi meri isə iki ölkə arasında hava əlaqəsinin bərpasını ağlabatan və düzgün hesab edirlər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki