image-20backend

“Qalatasaray” 1/8 finalın bir addımlığında, “Legiya” qrupda qala bilər

image-reklam_sirab_01

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Vətəninfo.az-ın məlumatına görə, bununla da 1/8 final və pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sı C qrupundakı son sınağında Rusiyanın “Spartak” (Moskva) klubunu qəbul edəcək. Digər görüşdə İngiltərə “Lester”i İtaliyada “Napoli”nin qonağı olacaq. Varşava təmsilçisi qələbə qazanacağı halda digər görüşün nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

Türkiyənin turnirdəki təmsilçilərindən “Qalatasaray” İtaliyada “Latsio” ilə qarşılaşacaq. Növbəti mərhələyə vəsiqəni təmin edən hər iki komanda qrup liderliyi uğrunda mübarizə aparacaq. “Cim-Bom”u birbaşa 1/8 finala çıxmaq üçün heç-heçə də qane edəcək.

İndiyədək Almaniyanın “Bayer” (Leverkuzen), İngiltərənin “Vest Hem”, Fransanın “Lion” və “Monako” klublarının 1/8 finala adlaması dəqiqləşib.

Qeyd edək ki, qruplarında 2-ci yeri tutanlar Avropa Liqasının, 3-cü yerin sahibləri isə Konfrans Liqasının pley-offunda çıxış edəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
VI tur

A qrupu

21:45. “Sparta” (Praqa, Çexiya) – “Bröndbü” (Danimarka)

21:45. “Lion” (Fransa) – “Reyncers” (Şotlandiya)

Xal durumu: “Lion” – 15, “Reyncers” – 7, “Sparta” – 4, “Bröndbü” – 2

B qrupu

21:45. “Şturm” (Qrats, Avstriya) – “Monako” (Fransa)

21:45. “Real Sosyedad” (İspaniya) – PSV (Eyndhoven, Niderland)

Xal durumu: “Monako” – 11, PSV – 8, “Real Sosyedad” – 6, “Şturm” – 1.

C qrupu

21:45. “Legiya” (Polşa) – “Spartak” (Moskva, Rusiya)

21:45. “Napoli” (İtaliya) – “Lester” (İngiltərə)

Xal durumu: “Lester” – 8, “Spartak” – 7, “Napoli” – 7, “Legiya” – 6.

D qrupu

21:45. “Antverpen” (Belçika) – “Olimpiakos” (Yunanıstan)

21:45. “Fənərbağça” (Türkiyə) – “Ayntraxt” (Frankfurt, Almaniya)

Xal durumu: “Ayntraxt” – 11, “Olimpiakos” – 9, “Fənərbağça” – 5, “Antverpen” – 2.

E qrupu

00:00. “Marsel” (Fransa) – “Lokomotiv” (Moskva, Rusiya)

00:00. “Latsio” (İtaliya) – “Qalatasaray” (Türkiyə)

Xal durumu: “Qalatasaray” – 11, “Latsio” – 8, “Marsel” – 4, “Lokomotiv” – 2.

F qrupu

00:00. “Braqa” (Portuqaliya) – “Srvena Zvezda” (Belqrad, Serbiya)

00:00. “Lüdoqorets” (Razqrad, Bolqarıstan) – “Midtüllan” (Danimarka)

Xal durumu: “Srvena Zvezda” – 10, “Braqa” – 9, “Midtüllan” – 8, “Lüdoqorets” – 1.

G qrupu

00:00. “Ferentsvaroş” (Macarıstan) – “Bayer” (Leverkuzen, Almaniya)

00:00. “Seltik” (Şotlandiya) – “Betis” (İspaniya)

Xal durumu: “Bayer” – 13, “Betis” – 10, “Seltik” – 6, “Ferentsvaroş” – 0

H qrupu

00:00. “Vest Hem” (İngiltərə) – “Dinamo” (Zaqreb, Xorvatiya)

00:00. “Genk” (Belçika) – “Rapid” (Vyana, Avstriya)

Xal durumu: “Vest Hem” – 13, “Dinamo” – 7, “Genk” – 5, “Rapid” – 3.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki