“Hər zaman daha gənc futbolçulara üstünlük vermişik. “Hər hansı perspektivli oyunçunu əldə etmək şansımız varsa, bundan maksimum istifadə etməyə çalışırıq. Əlimizə belə bir şans düşdü. Millidəki və Ukraynadakı oyunlarını izlədik. Böyük potensialı var. Amma o demək deyil ki, Əhmədzadəni komandaya götürməklə bütün işimiz düzəldi. Belə potensiallı uşaqların bacarığını üzə çıxarmaq istərdim”.
Bu fikirləri “Report”a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin və Ukrayna “Minay”ının futbolçusu Rüstəm Əhmədzadənin Ağdam təmsilçisinə keçidi barədə danışarkən deyib.