image-6236ec6660d0b6236ec6660d0c16477666306236ec6660d096236ec6660d0abackend

“Qarabağ”ın iki futbolçusu Azərbaycan yığmasından kənarlaşdırılıb

image-reklam_sirab_01

Azərbaycan millisinin 2 futbolçusu Latviya ilə yoldaşlıq görüşündə iştirak etməyəcək.

Veteninfo.az-ın məlumatına görə, bunlar “Qarabağ”dan dəvət almış müdafiəçi Bədavi Hüseynov və hücumçu Rüstəm Əhmədzadədir.

Hüseynov ayaq əzələsindəki problemlər üzündən “23-lük”dən kənarda qalıb. Əhmədzadə isə baş məşqçi Canni De Byazinin qərarı ilə matçın iştirak ərizəsinə daxil edilməyib.

Əvəzində Azərbaycan millisinin Maltaya 0:1 hesabı ilə uduzduğu ilk yoldaşlıq görüşündən fərqli olaraq, Namik Ələskərov və Ağabala Ramazanov bu dəfə ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, Ta Qalib Milli Stadionunda keçiriləcək Azərbaycan – Latviya görüşü Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki