“Qarabağ” komandasının Türkiyənin Antalya şəhərindəki yoxlama oyunlarının proqramında dəyişiklik edilib.
Veteninfo.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 25-də Slovakiya “Tatran”ı ilə matç baş tutmayacaq.
Buna səbəb rəqibin Antalya toplanışına getməməsidir. Köhlən atlar buna görə Çexiyanın “Bohemians” klubu ilə üz-üzə gələcək.
Həmin gün digər qarşılaşma isə Polşanın “Visla” (Krakov) klubuna qarşı olacaq. Oyunlar müvafiq olaraq Bakı vaxtı ilə saat 12:00 və 18:00-da başlayacaq.