image-0f13037d-b3d4-3386-a5e8-834426ffeae1_850backend

“Qarabağ”ın rəqibində koronavirusa yoluxmuş futbolçunun adı bəlli olub

image-reklam_sirab_01

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq Kiprin AEL klubunda koronavirusa yoluxmuş futbolçunun adına aydınlıq gəlib.

Vətəninfo.az xəbər verir ki, bu, 24 yaşlı yarımmüdafiəçi Entoni Georgiudur. Test nəticəsi müsbət çıxan oyunçu artıq karantinə alınıb.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçı saat 20:00-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki