image-15backend

“Qarabağ” “Kayrat”la oyunu izləmək istəyən azarkeşlərə müraciət edib

image-reklam_sirab_01

“Qarabağ” klubu Qazaxıstanda “Kayrat”a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyununu izləmək istəyən azərbaycanlı azarkeşlərə müraciət edib.

Veteninfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi öz fanatları üçün 26 – 28-ci sektorların ayrıldığını açıqlayıb.

Ağdam klubu tərəfdarlarından, bilet alarkən bunu nəzərə almalarını xahiş edib. Biletlərin qiyməti 2 min tenge (8 manat) təşkil edir.

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək “Kayrat” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki