image-32backend

“Qarabağ” – “Kayrat” matçına neçə bilet satılıb?

image-reklam_sirab_01
UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – “Kayrat” (Qazaxıstan) oyununa bilet satışı davam edir.
 
Veteninfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, satışa çıxarılan 15500 biletdən 13500-ü satılıb və cəmi 2000 ədədi qalıb.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
“Qarabağ” – “Kayrat” matçı oktyabrın 21-də saat 20.45-də başlayacaq.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki