image-9d65d8b0-b4e1-3fb9-801a-efac5231f8e5_850backend

“Qarabağ” qarşıdakı turda avrokuboklara vəsiqəni təmin edə bilər

image-reklam_sirab_01

“Qarabağ” Azərbaycan Premyer Liqasının XXI turunun oyunlarından sonra avrokuboklara vəsiqəni təmin edə bilər.

Veteninfo.az-ın məlumatına görə, bunun üçün hazırda 20 oyundan 46 xalla turnir cədvəlinə başçılıq edən “köhlən atlar” “Səbail”lə ev matçında qələbə qazanıb, “Sabah”ın “Sumqayıt”la səfər görüşündə xal itirməsini gözləməlidir.

26 xalla 5-ci pillədə qərarlaşan paytaxt klubu “gənclik şəhəri” təmsilçisinə uduzsa, Qurban Qurbanovun baş məşqçi olduğu kollektivi heç-heçə də qane edəcək. Çünki “Sabah” son 7 turda bütün görüşlərini qələbə ilə başa vuraraq, “Qarabağ”la xallarını bərabərləşdirəcəyi halda belə, şəxsi oyunlardakı göstəricilərə (hər 3 dövrədə məğlubiyyət) görə Ağdam klubunu keçə bilməyəcək.

Qeyd edək ki, Azərbaycanı avrokuboklarda Premyer Liqada ilk 3 pillənin sahibi və ölkə kubokunun qalibi təmsil edir. Kubokun yarımfinalına hazırda turnir cədvəlinin ilk “dördlüy”ündə yer alan komandalar – “Qarabağ”, “Neftçi”, “Zirə” və “Qəbələ” vəsiqə qazanıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki