“Qarabağ” Qazaxıstanda “Kayrat”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyununda dəstəksiz qalmayacaq.
Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadənin “Report”a verdiyi məlumata görə, azərbaycanlılar üçün ayrılan sektora 50-dən çox bilet alınıb.
Abbaszadə Almatıdakı azərbaycanlıların müraciətlərini və onların matça marağını nəzərə alaraq, bu rəqəmin qarşılaşmayadək daha da artacağını bildirib.
Qeyd edək ki, bu gün Almatıdakı “Ortalık” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.