“Qəbələ” baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilənin müddətini uzadıb.
Əyalət təmsilçisinin Mətbuat Xidmətindən Veteninfo.az-a verilən məlumata görə, 42 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.
Əvvəlki müqavilələri 2021-2022-ci illər mövsümünün sonunda başa çatacaq məşqçilər korpusu daha bir mövsüm “qırmızı-qaralar”da çalışacaq. Məşqçilərlə imzalanan yeni anlaşma 2022-2023-cü illər mövsümünün sonunadək olan dövrü əhatə edəcək.
Xatırladaq ki, Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin baş məşqçisidir.