“Qəbələ” klubunun UEFA Gənclər Liqasının I mərhələsindəki rəqibi bəlli olub.
Veteninfo.az-ın məlumatına görə, “qırmızı qaralar” AZ (Niderland) komandası ilə qarşılaşacaq.
Əyalət təmsilçisi ilk oyununu sentyabrın 29-da evdə, cavab qarşılaşmasını isə oktyabrın 20-də səfərdə keçirəcək.
“Qəbələ” mərhələ adlayacağı təqdirdə “Csikszereda” (Rumıniya) – “Anje” (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək. Bu görüşlər 3-24 noyabrda gerçəkləşəcək.
Qeyd edək ki, 2020/2021 mövsümündə UEFA Gənclər Liqası koronavirus pandemiyası səbəbindən ləğv edilib. “Qəbələ” ilkin təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşmalı idi.