image-elcin-seyfullayevbackend

Qərbi Azərbaycanlılar cənab Prezidentin diqqət mərkəzindədir

image-reklam_sirab_01

Dekabrın 24-də dövlətimizin başçısı dünya azərbaycanlıların sevimli Prezidenti cənab İlham Əliyev yenə də adəti üzrə ad günündə bu xalqın nümayəndələri ilə bir yerdə oldu. Ad gününü Qərbi Azərbaycana həsr edən Prezident cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü, tarixi faktlara söykənən çox mənalı və tarixə yazılacaq çıxış etdi. İnzibati binada çıxışı zamanı cənab Prezident İlham Əliyev dedi:“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Ölkə başçısı tərəfindən Qarabağ müharibəsindən sonra belə fikirlərin söylənilməsi və addımın atılması təsadüfi deyil. Qarabağla bağlı danışıqlarda hər zaman İrəvanın, Zəngəzurun da Azərbaycanın tarixi torpaqları olduğunu deyirdi. Cənab İlham Əliyev dünyaya bəyan edirdi ki, Qarabağla yanaşı, hələ bundan sonra qayıtmalı olduğumuz digər torpaqlarımız da var”.Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər strateji məqsədə çatmaq üçün layihə və proqram xarakterli olmaqla, əslində Qərbi Azərbaycana qayıdışımızın istiqamətini bəlli edən strateji məqsəddir. Qarabağ zəfərinə qədər belə görüşlər məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması ilə bağlı keçirilirdisə, tarixi zəfərimizdən sonra bu problem aradan qaldırıldı. İllərlə həsrətlə gözlədiyimiz Böyük Qayıdış reallığa çevrildi. Hazırda tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir. Belə ki, bu haqda cənab Prezident fikir söyləyərkən indiki binanın vaxtilə Qarabağ İcmasına verildiyini xatırlatdı. Çıxışında dedi ki,”İcma öz fəaliyyətini göstərdi, Qarabağ azad edildi. Qərbi Azərbaycan İcması da eyni şəkildə fəaliyyət göstərəcək, İrəvana və Zəngəzura qayıdacağıq. Biz hamımız bir məqsəd uğrunda çalışacağıq”.
Tarixdə saxtakarlıq və sünilik sahəsində birinci olan ermənilər Qərbi Azərbaycanda bizim tariximizi saxtalaşdırmaqla, türk mənşəli toponimləri dəyişdirib erməniləşdirməklə məşğul olub. Ermənilərin planında türklərə aid torpaqları ələ keçirmək, onları öz yurdlarından qovmaq əsas məsələ olub. Ermənilər indiyə qədər minlərlə türk mənşəli toponimin dəyişdirilməsini həyata keçirib. Onlar kənd, rayon adlarını erməniləşdirməklə işlərini bitmiş hesab etmir, dağ, meşə, bulaq və s. adlarını da saxtalaşdırır. Amma ermənilərin saxtakarlığını ifşa edən arxiv sənədlərimiz kifayət qədərdir. Əldə olunan xəritələrdə Qərbi Azərbaycanda yer-yurd adlarının məhz türk dilində olması və sonradan ermənilər tərəfindən toponimlərin dəyişdirilməsi açıq-aşkar görünür. Cənab Prezident bu məsələyə toxunaraq söylədi ki,” Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Prezident Qərbi Azərbaycan İcmasının fəaliyyət istıqamətləri haqqında danışarkən mühüm məsləhət və tövsiyyələrini çatdırdı. Qeyd etdi ki, İcmanın gələcək fəaliyyətində çox mötəbər bir rəqəmsal platforması olmasından bəhs edərək, orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Eyni zamanda qayıdış konsepsiyasının hazırlanması haqqında danışan cənab Prezident ”Bu sülhsevər konsepsiya olmalıdır, biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”demişdir.
Bəli, indi bizim hədəfimiz Qərbi Azərbaycandır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tarixi torpaqlarımızın qaytarılması, tarixi və coğrafi haqqımızın bərpa olunması istiqamətində gördüyü işlərdə müvəfəqqiyət arzu edirik. Azərbaycan xalqı həmişə öz sevimli Prezidentinin yanında olmaqla,onun daxili və xarici siyasətini dəstəkləyir.

Elçin Seyfullayev
Suraxanı RİHB-nin Bülbülə QİƏD üzrə nümayəndəsi

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki