image-unnamed-1backend

Qurban bayramının fəlsəfəsi və Azərbaycan xalqının yazdığı Zəfər tarixi.

image-reklam_sirab_01

Adətlər, bayramlar, rituallar xalqı bir-birinə və tarixlərinə bağlayan məfhumlardır. Nəsildən-nəsilə bir ənənəni ötürməklə insanlar həm tarixin unudulmasına imkan vermir, həm də mədəniyyətlərinin dünya dövlətləri arasında tanınmasına çalışır. Azərbaycan bayramlar, adətlər baxımından olduqca zəngin ölkədir.
Qurban bayramının necə keçirilməsindən əvvəl, bu ənənəni niyə davam etdirdiyimizə nəzər salaq. Bu haqqda bir çox məqalə tapmaq mümkündür. Mən isə məşhur elm adamı, geoloq Cəlal Şəngörün müsahibəsinə müraciət edəcəyəm.
İlk qurban insanın təbiət hadisələrinə məna yükləmə ehtiyacından irəli gəlib. Düşünün, yaşamın, elmin, təbiətin nə olduğunu bilmirsiniz, ətrafınızda şimşək çaxır, vulkanlar partlayır, vəhşi heyvanlar var… Belə bir şəraitdə özünüzdən güclü yaxud daha ağıllı birinin bunları etdiyini düşünəcəksiniz. Çünkü, siz bunları edə bilmirsiniz. Bu varlıq sizi öldürməsin, yeməsin deyə onun könlünü xoş etməlisiniz. İlk insan da bunu düşünərək bu varlığa ən dəyərli əşyasını qurban verir. Qurban deyəndə bir çoxumuzun ağlına heyvanlar gəlir amma həqiqət budur ki, təkcə heyvanlar yox, ən dəyərli əşyanızı, övladınızı, bitkini belə qurban verə bilərsiniz. Bilirik ki, ilk insan ovçuluq və əkinçiliklə məşğul olmuşdur. Ovçuluqla məşğul olanlar ovladıqları heyvanların ruhları fəlakət törətməsin deyə yaxud ölən yaxınlarının ruhlarından kömək istəməkçün qurban verirdilər. Bu topluluqda tanrı inancı yox idi. Onlar ruha inanır və ona qurban verirdilər. Ruh isə ölən zaman verilən son nəfəsə deyilirdi. Əkinçilər isə torpağı anaya bənzədirdilər. Torpaq toxuma həyat verir, ana da körpəsinə həyat verir. Ona görə burada tanrı əvəzinə tanrıçalara sitayiş edilirdi. Lakin, vulkanların püskürməsi, çayların daşması bu inanca zidd idi. Ana körpəsinə qayğı göstərər, mülayim davranar, ata isə döysə də sənə savaşmağı, yaşamağı öyrədər. Vulkan və ya sel də bunu edirdi. Səni cəzalandırsa da özüylə bərabər yeni ləvazimatlar gətirirdi və insan da bunlardan silah və s. Əşyalar hazırlayırdı.
Qədim zamanlarda türklər qurbanı qanlı və qansız olaraq verirdilər. Qanlı qurban- heyvanın sərbəst buraxılaraq oxla vurulması idi. Qansız qurban isə qəbiləyə faydasız olan insanı yaxud heyvanı 1 həftəliq azuqə və silahla dağda qoymaq idi.
Yunanıstanda buğanın alnı qırxılır və başına şərab tökülərək yandırılırdı. Misirdə Nil çayının sahilində bir çox qurban ritualı keçirilmişdir. Burada heyvan 14 parçaya bölünür və paylanılır. Hər bir parçanın isə özünəməxsus mənası var idi.
Qurban ritualının İslam dininə və dolayısıyla bizə gəlməsi bu hadisəylə bağlıdır. Sara xatun və Həzrəti İbrahim ömürlərini Allaha ibadət etməklə keçirirlər. Övladları olmadığı üçün Sara xatun yoldaşının cariyəsi Həcər xanımla evlənməsini istəyir. Onların evliliklərindən İsmayıl adlı oğlan dünyaya gəlir. Zaman keçdikcə Sara xatun qısqanclıq edərək uşaq və anasını evdən qovdurur. Hz. İbrahim onları indiki Kəbənin olduğu əraziyə aparır. Bir müddət sonra İsmayıl susuzluqdan ağlamağa başlayır. Həcər xanım Səfa və Mərvə təpələrinin arasında 7 dəfə gəlib-gedir, lakin su tapa bilmir. Çadıra gələndə İsmayılın gülüş səsini eşidir. Torpaqdan Zəmzəm suyu çıxırdı. Həcər xanım doyunca sudan içir və Allaha şükür edir. Hz. İbrahim oğlunu görməyə gəldikdə burada bir sürü çadır görür. İnsanlar bu uşağın mübarək bir insan olacağını deyirdilər. Günlərdən bir gün gecə yuxudaykən Hz.İbrahim “Ey İbrahim, oğlunu Allaha qurban verməlisən.” Deyə bir səs eşidir. Cəld qalxır və bu əmri yerinə yetirmək üçün oğlunu qurban verməyə hazırlaşır. Oğlunu öldürəcəyi an Allah ona “ Bu sənin imtahanın idi.” Deyir və bir mələk əlində qoçla peyda olur. O, bu qurbanı kəsərək oğlunu xilas edir. Müsəlmanlar da hər il İsmayılın qurtuluşu şərəfinə qurban kəsir, ətini ehtiyac sahiblərinə paylayırlar.
Dediyimiz kimi, qurban müqəddəslər uğrunda verilir. İnsan üçün torpaqdan müqəddəs çox az şey var. İkinci Qarabağ döyüşlərində xalqımız bu müqəddəs uğrunda öz igidlərini qurban verdi. Şəhid xəyallarını, həyatını, övlad atasını, valideyn övladını, sevgili ürəyini qurban verdi. Dillərdə isə tək bir şüar var idi: “ Vətən sağ olsun!”
Nəsimi rayon gənci: Həsənova Xanımana.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki