İspaniyanın “Real Madrid” klubunun futbolçusu Eden Azar mövsümü erkən başa vurub.
Veteninfo.az “El Chiringuito TV”yə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin sağ ayaq sümüyündə problem aşkarlanıb.
Belçikalı oyunçu əməliyyat olunacaq və təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə Azarın cari mövsümdə meydana, faktiki olaraq, bir daha çıxmayacağı anlamına gəlir.
Qeyd edək ki, Eden Azar cari mövsüm paytaxt təmsilçisinin heyətində 22 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.