image-ad18130b-19c4-3586-9f0d-44e139f78e5e_850backend

Ronaldu “Mançester Yunayted”də ilk məşqinə çıxıb

image-reklam_sirab_01

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yenicə transfer olunduğu İngiltərənin “Mançester Yunayted” klubuna qoşulub.

Veteninfo.az Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu əvvəlcə komandanın baş məşqçisi Ule-Qunnar Sulşerlə görüşüb.

Təcrübəli forvard artıq sabiq klubunda ilk məşqinə də çıxıb.

Qeyd edək ki, Ronaldu “Mançester Yunayted”ə İtaliya “Yuventus”undan keçib. O, 2003 – 2009-cu illərdə də “qırmızı şeytanlar”ın formasını geyinib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki