image-reklam-veteninfo
image-1backend

Rusiya Ermənistan üçün qazın qiymətini  artıracaq

image-reklam-veteninfo

Rusiya istənilən halda Ermənistan üçün təbii qazın qiymətini artırmağa məcbur olacaq.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri rusiyalı tarixçi, naşir və ictimai xadim Modest Kolerov NEWS.am-a müsahibəsində Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Bişkəkdə keçirilən son görüşü şərh edərkən bildirib.

Kolerovun sözlərinə görə, Moskva qazın qiymətinə yenidən baxılması üçün müvafiq inzibati imkan yaranan kimi bunu həyata keçirəcək.

“Qiyməti yenidən nəzərdən keçirmək üçün bürokratik imkan yaranan kimi Rusiya bunu dərhal edəcək. Əgər Ermənistan Avrasiya İqtisadi Birliyinin strukturlarından çıxarsa, qiymət artımı dərhal baş verəcək”, – deyə ekspert bildirib.

Kolerov hesab edir ki, Rusiya ilə Ermənistan arasında bu məsələdə əvvəlki güzəşt mexanizmlərinə qayıtmaq imkanları artıq məhduddur.

“Bu məsələ ilə bağlı körpülər çoxdan yandırılıb. Onlar 2009-cu ildə Serj Sarkisyan tərəfindən yandırılıb”, – deyə rusiyalı ekspert vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki