Ukrayna Silahlı Qüvvələri bir gündə cənubda 40 rus əsgərini məhv edib.
Vətəninfo.az xəbər verir ki, Rusiya qoşunları Dnepr çayının sol sahilində müdafiə qurmağa davam edir . Onlar əlavə müdafiə xətləri yaratmağa və məşğul olmağa çalışırlar.
İşğalçılar Ukrayna qoşunlarına və Dnepr çayının sağ sahili boyunca işğaldan azad edilmiş yaşayış məntəqələrinə aviasiya, ağır artilleriya, reaktiv yaylım atəşi sistemləri və minaatanlardan atəşə tutmaqda davam edir.
Rusiya ordusuna cavab olaraq Ukrayna aviasiyası Dnepr çayının sol sahildə düşmənin canlı qüvvə, silah və texnikasının cəmləşdiyi 4 ərazini vurublar. Raket və artilleriya bölmələri 33 atəş missiyasını yerinə yetirib.
Düşmən itkilərinin təsdiqlənmiş nəticələri: 40 rus işğalçısı və 7 zirehli texnika məhv edilib. Qalan nəticələr araşdırılır.