image-reklam-veteninfo
image-1backend

Rusiya və İran strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyub

image-reklam-veteninfo

Rusiya və İran arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyi açıqlanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya və İran arasında Ticarət Əlaqələrinin İnkişafı Şurasının sədri Rəcəb Səfərov Əhvaz şəhərində Ticarət və Sənaye Palatasında keçirilən forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, beynəlxalq sistemdə baş verən dəyişikliklər fonunda Moskva və Tehran yeni qlobal arxitekturanın formalaşmasında mühüm rol oynayan dayanıqlı strateji tərəfdaşlıq qurublar.

Səfərov qeyd edib ki, Qərbin tətbiq etdiyi sanksiyalar fonunda Rusiya son dörd ildə iqtisadi siyasətini əhəmiyyətli dərəcədə yenidən qurub. Bu proses nəticəsində Moskva ticarət əlaqələrini dost hesab etdiyi ölkələrin bazarlarına yönəldib.

O vurğulayıb ki, İran Rusiyanın bu istiqamətdə əsas tərəfdaşlarından birinə çevrilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki