image-95backend

“Sabah”dan mövsümdə ilk, tarixdə 20-ci

image-reklam_sirab_01
“Sabah” mövsümdə ilk qələbəsini qazanıb. 
 
Veteninfo.az  PFL-in rəsmi sayına istinadən xəbər verir ki, Bakı təmsilçisi VIII turda “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəlib. İlk 7 matçda qələbə qazana bilməyən paytaxt klubu tarixində 20-ci dəfə Premyer Liqa görüşündə 3 xala sevinib. Bu, 84-cü matça təsadüf edib. Bakılılar öz meydanındakı 42-ci oyunda 10-cu belə uğuru bayram edib.

 

“Sabah” Premyer Liqada 3-cü dəfə böyük hesablı qələbə əldə edib. Əvvəlki iki uğura da öz meydanında imza atan paytaxt futbolçuları yenə eyni – 3:0 hesabı ilə qalib gəlib. Bu, komandanın ən böyükhesablı qələbəsidir. 2019/20 mövsümünün “Səbail”, 2020/21 mövsümünün “Qəbələ” ilə qarşılaşmalarında da “Sabah” üç xalı üç cavabsız qolla əldə edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki