“Sabah” klubunun qapıçısı Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirə bilər.
Veteninfo.az “Meta-ratings.kz” saytına istinadən xəbər verir ki, 36 yaşlı qolkiper “Aktobe” ilə danışıqlar aparır.
Komandanın baş məşqçisi Vladimir Muxanov serbiyalı oyunçu ilə maraqlanır. Nəşr Stamenkoviçin “Aktobe”yə keçməyə yaxın olduğunu yazıb.
Qeyd edək ki, Saşa Stamenkoviç “Sabah” klubundan əvvəl 2016/2017 mövsümündə Qazaxıstanda “Okjetpes”in formasını geyinib. Təcrübəli oyunçu 2018-ci ildən “Sabah”da çıxış edir.