AFFA İntizam Komitəsi “Sabah” klubunu 240 manat cərimələyib.
Vətəninfo.az-ın məlumatına görə, buna “Sabah-2” komandasının futbolçularının “Qaradağ Lökbatan”a səfərdə 2:3 hesabı ilə uduzduğu I Divizionun X tur matçında intizamsızlığa yol vermələri səbəb olub.
Onlar Qaradağ Olimpiya İdman Kompleksinin stadionundakı dəhlizin qapısının şüşəsini sındırıblar. Klub cərimələnməklə yanaşı, vurulmuş zərəri də qarşılamalıdır.