image-4backend

Şəhid Ailələri Quba Şahdağ Truskavets Sanatoriya Mərkəzində müalicə alır – FOTOLAR

image-reklam_sirab_01

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimovanın təşəbbüsü ilə şəhid ailələri və qazilər Quba Şahdağ Truskavets sanatoriya mərkəzində müalicə alırlar. Bu ziyarət yalnız müalicə məqsədi daşımır, həm də mənəvi dəstək üçün şəhid ailələri ilə görüşlər təşkil edilir.

Vətəninfo.az xəbər verir ki, Tünzalə Abduləlimova bildirdi ki, bu layihənin əsas məqsədi şəhid ailələrinin bir-birini tanıması və bir-birinə dəstək olmasıdır. Görüşlər zamanı qonaqlar həm müalicə alır, həm də şəhid ailələri ilə yaxın əlaqələr qururlar.

Layihə, “Vətən Naminə” və Quba Şahdağ Truskavets rəhbərlərinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib. Tünzalə Abduləlimova vurğuladı ki, Qarabağda şəhid olan oğullarımızın qanı yerdə qalmadı və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə bu gün bütün dünyada başımız uca oldu. “Qarabağ Azərbaycandır!” – deyə o, əlavə etdi.

Fotolar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image