Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalmış, Ağstafa rayonunun Poylu kəndindən olan şəhidimiz Tanırverdiyev Amil Elşən oğlunun şəhadətə ucalmasının üçüncü ildönümü ilə əlaqədar məzarını ziyarət ediblər. Ziyarət zamanı şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Şəhid Amil Tanırverdiyev Vətənimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Onun qəhrəmanlığı və Vətən qarşısındakı fədakarlığı xalqımız tərəfindən daim böyük ehtiramla xatırlanacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!



























