image-reklam-veteninfo
image-1backend

Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır – FOTO

image-reklam-veteninfo

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə sentyabrın 26-dan noyabrın 15-dək həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turnirinə start verilir.

Vətəninfo.az xəbər verir ki, bununla əlaqədar sentyabrın 22-də təşkil olunan tədbirdə turnir barədə məlumat verilib, qaydalar elan edilib və püşkatma keçirilib.

Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirin təşkilatçısı jurnalist Əsgər İbrahimov bildirib ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azfar Groupunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum” və “Bee Tours”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

O məlumat verib ki, ildə bir dəfə təşkil olunan turnirin ilk ilində,  yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub –  “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu”. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib. 2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparıb. Medianı 4 komanda təmsil edib. 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” təmsil olunub. Medianı 8 komanda təmsil edib. Bu il, 2026-cı ildə Xatirə Turnirin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – AzTv-Qalaktikos, ATV, Xəzər TV, CBC sport, AnewZ (Anyuz), AZƏRTAC, APA Sport, BAKU.WS – Baku Media UnitedBaku WS, MEDİA, Gəncəvi Media, Zəfər 44, Veteranlar, VƏTƏN, Ardanış, Əmrxeyir və Qaraqoyunlu. Medianı 10 komanda təmsil edir. Əminəm ki, beş ildiur davam edən turnir xətasız-bəlasız başa çatacaq, güclü olan qalib gələcək. Hər bir komandaya uğurlar arzulayıram.

Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov  diqqətə çatdırıb ki, turnir hər birində 4 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 26-da başlayıb noyabrın 15-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq.

Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 10-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.  İştirakçı komandaların rəsmi nümayəndələri çıxışlarında turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyətə qaydalara uyğun keçməsi üçün fikir və təkliflərini bildirib, iştirakçılara uğurlar arzulayıblar.

Vurğulanıb ki, xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Ardanış komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 17:00 və 18:00-da keçiriləcək. Komandalar özlərinin idman geyimləri ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 15-də bazar günü saat 17:00 və 18:00-da baş tutacaq.

Sonra heyətlər elan olunub:

AzTV – (forma-ağ)- Cavid Abbasov, Anar Əhmədov, Tural Ələsgərli, Orxan İmanlı, Nurlan Budaqov, Fərid Məmmədov, Rufan Qasımov, Rüstəm Məmmədov, Məhəmməd Fətəliyev, Eldar Soltanov, Fəxrəddin Zahidov, Nəriman Rizivanov – Məşqçi: Teymur Qasımov, koordinator: Zahir Bayramov.

AnewZ (Anyuz) – (forma – mavi-qırmızı) – Elburus Musayev, Natiq Məmmədov, Togrul Abduləzizov, Əfqan Poladlı, Nurani İsgəndərov, Cavid Əliyev, Əvəz Hacıyev, Elmin Qurbanov, Yusif Məmmədov, İlkin Mehdiyev, Bəhruz Qedirov, Hacı Hacıyev.

ATV – (forma-göy) – Emin Abbaslı, Hüseyn Abasov, Azər Nağıyev, Famil Hüseynov, Rauf Hüseynov, Tamerlan İmanov, Rüstəm Rüstəmov, Niyazi Səlimbəyli, Alim Kərimov – Məşqçi: Nicat Abbasov .

Xəzər TV Media – (ağ-bənövşəyi) – Əliqan Mustafayev, Turqan Əliyev, Tural Həsənov, Cavid Bəşorov, Əkbər Əfəndiyev, Vüqar Şəfiyev, Ehtiram İbrahimov, Aslan Qarayev, Fuad Mustafayev, Raul Muşarapov, Elvin Hüseynov, İslam Mehrəliyev, Nəsirov Səid, Orucov Nicat.

CBC SPORT – (forma – göy) Şəmsəddin Abbasov, Kərəmli Heybətov, Pərviz Hikmət, Fərid Ramazanov, Məhəmməd Tağıyev, Dəyanət Qarazadə, Asif Əzimov, Amil Cəfərov, Cəlil Səfərov, İbrahim Əlməmmədov, Nurlan Valehoğlu, Elvin Babayev.

AZƏRTAC – (forma-sarı-ağ) – İlkin Cavanşirov, Balamir Əzimov, Roman İsmayılov, Natiq Musayev, Heydər Məmmədov, Vurğun Məmmədov, Elmir Səftərov, Fuad İsmayılov, Orxan Kərimov, Samir Hacıyev, Mikayıl Məmmədov, Rəşad Xudiyev, Abbasəli Yadigarov, Hikmət Əhmədov, Ziya Ağazadə, Vüqar Əmrullayev, Fərid Səlimov,   Vüsal Nəbiyev.

APA– (forma- qırmızı-qara) – Rasim Sultanzadə, Ulucay Məmmədov, Əmir Quluzadə, Ağa Cəfərov, Aqil Lətifov, Rahib Ələsgərov, İman İmanlı, Röyal Adıgözəlov, İsmayıl Xeyrullayev, Kamran Məhərrəmov, Rəşad Aslanlı, Hacıbala Heydərov.

BAKU.WS – (forma – sarı-qara) – Elçin İbrahimov, Azad Əliyev, Sərxan Rəşidli, Orxan Hüseynov, Balabəy Orucov, Məhəmmədəli Seyidov, Taleh Sultanov, Şahin Həbibov, Əli Əliyev, Renat Sultanov, Emin Abdullayev, Səbuhi Yusifzadə.

Gəncəvi Media – (forma- tünd göy) – Elşən Nəcəfov (Gəncəvi), Ariz Həsənoğlu, Ziyafət Əlisoy, Xəqani Əliyev, Qoşqar Salmanlı, Pərvin Şıxıyev, Rəşad Bayramov, Coşğun Suleymanlı, Arif Bağırov, Yusif Əlizadə, Fərid Novruzlu, Səfər Mövsümlü.

“Zəfər 44” – (forma – zoğalı) – Ruslan Bayramov, Saməddin Əhmədov, İsmayıl Qafarlı,  Fərrux Mahmudov, Elçin Zülfüqarov, Tural Mehdiyev, Ramin Teyyubov, Babək Əliyev, Dilqəm Məmmədov, Murad Fərzəliyev

Ardanış –  (forma-yaşıl-qara) – Azər Hüseynov, Elvin İsmayılov, Qasım Məmmədov, Vüsal Hüseynov, Emin Ələsgərov, Ayxan Abbasov, Emil Bayramov, Emin İmaməliyev, Elvin Cəfərov, Elçin İsmayılov, Ramin Musayev, Kamran Əhmədli, Rasim Həsənov.

Veteranlar – (forma- qara) – Abbas Rəhimov, Natiq Vəliyev,  Şükür Məmmədalıyev, Şükür Verdiyev, Araz Qurbanov, Toğrul Süleymanov, İmaməddin Zeynalov, Ramiz Hüseynov, Elçin Mustafayev, Rəşad Məmmədalıyev, Aqil Qurbanov, Xəlil Xudayev, Murad Vəliyev, Sənan Məlikov, Nihad Həsənzadə,  Zaur Hüseynov, İsrafil İsmayılov.

Qaraqoyunlu – (forma- sarı) –  Abdullayev Fuad, Səfərov Ramil,  Səfərov Tural, Pirməmmədov Taleh, İsmayılov Təhmasib, Əsgərov Orxan,  Mamoyev Əli,  Zeynalov Firuz, Süleymanov Oktay, Pirməmmədov Harun, Allahverdiyev Bəşir. Baş məşqçi Əvəz Abdullayev.

VƏTƏN – (forma-yaşıl) – Əsgər İbrahimov, İsmayıl Əliyev, İlqar Xələfov, Emin Qasımov, Hidayət Xudiyev, Ramiz Vəlizadə, Sənan Ocaqverdiyev, Rauf Həsənli, Orxan Qasımov, Fuad Məlikov, Musa Əzizli, Səməd Yolçuyev, Cavidan Səfərov.

MEDİA – (forma-qara-qırmızı) – Vüqar Qarayev, Murad Şirinov, İman Məcidov, Əhməd Mahmudov, Cavidan Şükürov, Xanoğlan İmanov, Bağırağa Cəfərli, Əli Tağıyev, Məsim Məsimzadə, Elmir Məlikov, Fəxrəddin Həsənov, Ayxan Abdullayev.

Əmirxeyir – (forma – qırmızı) Tofiq Süleymanov, İlkin Kərimli, Elnur Ağamalıyev, Elvin Mustafayev, Emil Qurbanov, Musa Hüseynli, Ruslan Əliyev, Hətəmli Burhan, Ruslan Əliyev.

Sonda Təşkilat Komitəsinin üzvləri və komandaların nümayəndələrinin iştirakı ilə süni intellekt vasitəsilə keçirilən püşkatmada qruplar və oyunlar belə müəyyənləşib:

A qrupu  AzTv, AZƏRTAC, Veteranlar, Əmirxeyir

B qrupu – ATV, APA, MEDİA, Qaraqoyunlu

C qrupu – Xəzər TV, Baku WS, Zəfər-44, Ardanış

D qrupu – CBC SPORT, AnewZ, Gəncəvi Media, VƏTƏN

İlk oyun AzTv ilə AZƏRTAC arasında sentyabrın 26-da saat 17:00-da Bakı Tennis Akademiyasının stadionunda rəsmi açılış mərasimindən sonra baş tutacaq.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb. Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş həmin şəxsləri “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, hərbçilər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayımlanırdı. Çingiz Mustafayevin Xocalı soyqırımına dair çəkilişləri Ermənistanın imicini bütün dünyaya tanıtdı. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi. Çingiz Mustafayev 1992-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

Fəxrəddin Şahbazov 1950-ci ildə anadan olub. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz operator peşəsində çalışıb. Fəxrəddin qaynar döyüş meydanlarından reportajlar hazırlayaraq xalqa, eləcə də xarici ölkələrə çatdırıb. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib. Fəxrəddin Şahbazova Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Osman Mirzəyev 1937-ci ildə dünyaya göz açıb. O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından idi. 1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Apparatının şöbə müdiri vəzifəsinə təyin olunub. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək AzTV-də işləyib. Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan – qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 20-də Xocavəndin Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

Kazımağa Kərimov Bakı Dövlət Universitetinin Jurnalistika fakulətisini bitirdikdən sonra peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar alanda heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da silaha sarılıb. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralanıb. Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa döyüşlər bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılıb. Kazımağa 15 iyun 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Arif Hüseynzadə 1991-ci il noyabrın 20-də  Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Onlar içərisində AzTV-də işıqçı kimi fəaliyyət göstərən Arif Hüseynzadə də vardı.

Salatın Əsgərova Azərbaycanın Milli Qəhrəmanı, jurnalist -1991-ci ilin 9 yanvarında Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilir. Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir. İxtisasca geofizik olsa da, jurnalistikaya olan sevgi onu bu sahəyə gətirmişdi. O, reportajlarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərə geniş yer verirdi. 1992-ci il noyabrın 6-da Salatın Əsgəroavaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

OYUNLARIN CƏDVƏLİ

26 Sentyabr, Şənbə

I TUR

17:00 — AzTV – AZƏRTAC

18:00 — Veteranlar – Əmirxeyir

 27 Sentyabr, Bazar

17:00 — ATV – APA

18:00 — MEDİA – Qaraqoyunlu

 

3 Oktyabr, Şənbə

II TUR

17:00 — Xəzər TV – BakuWS

18:00 — Zəfər-44 – Ardanış

4 Oktyabr, Bazar

17:00 — CBC Sport – AnewZ

18:00 — Gəncəvi Media – VƏTƏN

 

10 Oktyabr, Şənbə

III TUR

17:00 — AzTV – Veteranlar

18:00 — AZƏRTAC – Əmirxeyir

11 Oktyabr, Bazar

17:00 — ATV –  MEDİA

18:00 — APA –  Qaraqoyunlu

 

17 Oktyabr, Şənbə

IV TUR

17:00 — Xəzər TV –  Zəfər-44

18:00 — BakuWS –  Ardanış

18 Oktyabr, Bazar

17:00 — CBC Sport –  Gəncəvi Media

18:00 — AnewZ –  VƏTƏN

 

24 Oktyabr, Şənbə

V TUR

17:00 — AzTV –  Əmirxeyir

18:00 — AZƏRTAC – Veteranlar

25 Oktyabr, Bazar

17:00 — ATV – Qaraqoyunlu

18:00 — APA –  MEDİA

 

31 Oktyabr, Şənbə

VI TUR

17:00 — Xəzər TV  – Ardanış

18:00 — BakuWS – Zəfər-44

1 Noyabr, Bazar

17:00 — CBC Sport – VƏTƏN

18:00 — AnewZ – Gəncəvi Media

 

7 noyabr – 1/4

A1-B2 – 17:00

C1-D2 – 18:00

 

 8 noyabr 1/4

17:00 B1-A2

18:00 D1-C2

 

14 noyabr YARIMFİNAL

17:00 A1/B2 – C1/D2

18:00 B1/A2 – D1/C2

 

15 noyabr – 3-cü yer

FİNAL – MÜKAFATLANDIRMA

17:00/18:00




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki