Bu gün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində dörd zabitinin öldüyünü açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, SEPAH-ın mətbuat xidmətinin məlumatına görə, səhər saatlarında İranın qərbindəki Kermanşah əyalətinə ABŞ-nin həyata keçirdiyi zərbələr nəticəsində SEPAH-ın Aerokosmik Qüvvələrinin dörd zabiti həlak olub.
SEPAH ölən hərbçilərin kimliyi və zərbələrin dəqiq olaraq hansı obyektə endirildiyi barədə əlavə məlumat verməyib.


























